English (US) Русский Azəricə Türkçe

Ən ağıllı heyvanlardan biri – Osminoq

Osminoq sualtı aləmin ən ağıllı heyvanlarından biridir.

Osminoqlar onurğasızlara aiddirlər. Onlara yaxın olan növlər kalmar və molyusklardır. Ümumilikdə, dünyada 200-dən artıq osminoq növü var. Onlar çox ağıllı ovçulardır. Açıq döyüş onlara aid deyil, gizlənib qurbanlarını görən zaman hücum edirlər. Lazım gəldikdə osminoq suya qara mürəkkəb buraxır. Həmin mürəkkəb həm osminoqun gizlənməsinə kömək edir, həm də ona hücum edən canlını bir neçə dəqiqəlik iybilmə qabiliyyətindən məhrum edir. Onların hər şeyə maraqlı olmaları intellektləri ilə assosasiya olunur.

Həmçinin osminoqlar özlərinə daşlardan ev hazırlaya bilirlər. Bu da onların intellektinin bir göstəricisidir. Onların yeganə anlaya bilmədikləri şey şüşənin şəffaflığıdır. Osminoqa şüşədə verilən yeməyin şüşədə olduğunu o heç cürə anlaya bilmir və şüşəyə çırpılmaqda davam edir. Onun ən güclü silahı ayaqlarıdır. Səkkiz ayağı həm hərəkət, həm də ovçuluq rolu oynayır. Ayaqları olmadan o harada olduğunu bilə bilməz. Hücum və qorunma zamanı o, ön ayaqları ilə qurbana yapışır. Müxtəlif eksperimentlər göstərir ki, osminoqların çox güclü yaddaşı var. Onun yaddaşı osminoqun intellektini inkişaf etdirir.

Eksperimentlər göstərir ki, osminoqlar əhlilləşdirilə bilirlər. Onlar həndəsi fiqurları, qaranı və ağı, vertikalı və üfüqi ayırd edə bilirlər. Onun əqlinin daha bir göstəricisi də odur ki, osminoqları hipnoz etmək mümkündür. Əgər osminoq əlin ortasında ayaqları aşağı sallanmış şəkildə saxlanılsa o, artıq oyanmaz. Siz onunla istədiyinizi etsəniz də onun bədəni tərpənməz. Alimlər bu maraqlı heyvanları araşdırmaqda davam edirlər.

About the author

Aile Travel

1 Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *