English (US) Русский Azəricə Türkçe
Hər şey daxil Maraqlı

Ən çox radiasiya yayan telefonlar-SİYAHI

Siyahıda ən bahalı modelin də adı var

Ağıllı telefonlar bu gün həyatımızın önəmli hissəsini tutsalar da ziyanları həddindən artıq çoxdur. Asıllıq yaratması, diqqəti yayındırması, ünsiyyət qabiliyyətimizi zəiflətməklə yanaşı smartfonlar yaydığı şüalarla müxtəlif xəstəliklərə də dəvətnamə göndərirlər.

Ailetravel.net-in məlumatına görə, Almaniya Nüvə Təhlükəsizlik və Radiasiyadan Qoruma İdarəsi telefonların yaydıqları radiasiyanın miqdarını ölçüblər. Ağıllı telefonların 0.60 vattdan az radiasia yayması lazımdır. Bəs ən çox radiasiya yayan teleonlar hansılardır?

Birinci yerdə Çin istehsalı olan “OnePlus  5T” duru  – 1.68 v. İkinci pillədə 1.64 v. ilə Tayvanda hazırlanan “HTC”nin “Desire 820” modeli gəlir. İlk üçlüyü “Nokia Lumia 630” (1.51 v) qapayır. Digər yerlədə olan telefonlar isə bunlardır:

“ASUS Zenfone 2” – 1.48

“Xiaomi Redmi Note 3”-  1.44

“Alcatel A5 LED” – 1.43

“OnePlus 5” – 1.39

“HTC U11” – 1.38

“iPhone 7” – 1.38

“Sony Xperia Z1 Compact” – 1.36

“iPhone 8” – 1.32 vatt.