English (US) Русский Azəricə Türkçe
Dünya Hər şey daxil Maraqlı

Ən qorxulu buludlar – Asperatus

Bəzi buludlar var ki, nadir hallarda görülür. Amma görənləri həmişə qorxudur. Asperatus – qorxunc vəziyyətdə görsənən nadir bulud növüdür. 2009-cu ildə bu buludlar ayrıca bulud növü kimi qəbul olunmuşdur. Alimlər müşahidə ediblər ki, asperatus buludları XXI əsrin əvvəllərində tez – tez görünməyə başladı. Öz qorxunc görünüşünə baxmayaraq, bu buludlar tufan və qasırğa ilə müşahidə olunmur.

Qeyd edək ki, latınca olan «Asperatus» adı, buludların bu cür dalğa-dalğa, «krem» kimi görünüşünü izah edir. Braziliyada, Yeni Zelandiyada, Afrika üzərində, Rusiyada görülən bu cür buludlar ən son olaraq Şotlandiya üzərində meydana gəlib.