English (US) Русский Azəricə Türkçe
Antarktida

Antarktidadan Uels boyda nəhəng aysberq qopub (FOTOLAR)

Alimlər Antarktidanın qərbində Larsen S buzlağından nəhəng parçanın ayrıldığını və nəticədə tarixin ən böyük aysberqlərindən birinin yarandığını xəbər veriblər.

ailetravel.net Report-a istinadən xəbər verir ki, onun sahəsi təqribən 6 min kv.km təşkil edir. Bu isə Uelsin ölçüsü ilə müqayisə oluna bilər.

Alimlər nəhəng aysberqin ayrılmasını uzun müddətdir gözləyiblər. Belə ki, hələ 2011-ci ildə buzlaqda çat aşkar edilib, 2014-cü ildə isə çat sürətlə artmağa başlayıb.

Alimlərin sözlərinə görə, hazırda çatın ölçüsü sürətlə böyüyür, qopan hissəni isə cərəyanlar və külək Atlantik okeanına apara bilər.