Akademik Musiqili Teatrın solisti Belarusiya və Ukraynada alqışlarla qarşılanıb – VİDEO – FOTO

Mayın 1-də Minsk şəhərində dünya şöhrətli opera ifaçısı, Belarusiya Respublikasının Xalq artisti Natalya Qaydanın 80 illiyi təntənəli yubiley mərasimi ilə qeyd olunub.

Mərasimə dəvət edilən azsaylı qonaqlar arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Respublika və Beynəlxalq festival və müsabiqələr laureatı, Əməkdar artist Nərgiz Kərimova da vardı. İstedadlı aktrisa eyni zamanda, may ayının 3-də Ukraynanın İvan-Frankovski şəhərində keçirilən, dünyanın 43-dən çox dövlətinin incəsənət nümayəndələrinin qatıldığı beynəlxalq “Карпатский простор” festivalında da ölkəmizi layiqincə təmsil edib. “Arşın mal alan” (Ü.Hacıbəyli) və “Silva” (İ.Kalman) operettalarından, həmçinin, “Sindibadın qayıdışı” rok-operesından (R.Sadirxanov) müxtəlif ariyalar ifa edən Əməkdar artistin çıxışı tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanıb.

“İstər Minskdə, istərsə də İvanko-Frankovski şəhərlərində təşkil olunan tədbirlərdə ifa etdiyim opera partiyaları, xüsusi ilə də ana dilimizdə səsləndirdiyim Gülçöhrənin ariyası çoxmillətli auditoriya tərəfindən  böyük maraqla qarşılanıb və tamaşaçılar sürəkli alqışlarla xoş hisslərini bildirdilər. Hətta Minskdəki konsert zamanı məni müşayiət edən orkestrin üzvləri də etiraf etdilər ki, Belarusiya Akademik Musiqili Teatrının repertuarında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası var və uğurla nümayiş olunur, lakin  indiyə qədər heç vaxt belə həzin,  şirin və məlahətli  ifanın şahidi olmamışıq. Sizin ana dilinizdə bu daha da gözəl, qəlbəyatımlı və fərqli səslənir… Ölkəmizi belə mötəbər tədbirlərdə uğurla təmsil etdiyim üçün çox məmnunam və mənə bu şəraiti yaradan doğma teatrımızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”, – deyə Nərgiz Kərimova xoş təəssüratlarını media nümayəndələri ilə  bölüşüb.

Ailetravel.net



Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17