English (US) Русский Azəricə Türkçe

Akademik Musiqili Teatrında “Paris Notr-Dam kilsəsi” müzikli oynanılacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti yeni müziklin məşqlərinə başlayacaq.

Ailetravel.net xəbər  verir ki, yeni müzikl Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında hazırlanıb.

Eyniadlı müziklin librettosu rejissor Samir Qulamova məxsusdur.

Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru və musiqi redaktoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artistlər – Zakir və Yelena Ağayevalar, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.

Əsərdə Esmeralda, Kvazimodo, Keşiş, Qrequar, Təlxək, Culyan Qoşer (Baş Nazir), Lüdovik, Qaraçı qadın, Qaraçı oğlan obrazlarını xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər – Şövqi Hüseynov, Səidə Şərifəliyeva, aktyorlar – Nadir Xasıyev, Elxan İsmayılov, Əliməmməd Novruzov, Rauf Babayev, Mehriban Zaliyeva, Nicat Həbibov, Aydan Həsənova, Telnaz Hüseynova, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Fərid Rzayev, Atəş Qarayev, Elnarə Nağdəliyeva ifa edəcəklər.

Qeyd edək ki, Fransa və İtaliyanın məşhur müğənni-bəstəkarı Riccardo Koççante “Notre-Dame de Paris” müziklını ilk dəfə 1998-ci ildə şair Luk Plamondonun eyniadlı libretosu əsasında yaradıb. Elə həmin il ilk nümayişindən sonra qısa vaxt ərzində qazandığı böyük uğurlarına və populyarlığına görə bu müzikl Ginnesin “Rekordlar” kitabına daxil olub.

Akademik Musiqili Teatrının yeni layihəsi olan tamaşada təkcə Riccardo Konççantenin deyil, Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın və Alman bəstəkarı Carl Orffun musiqilərindən də istifadə olunacaq.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *