English (US) Русский Azəricə Türkçe
Dünya

Alpinistlər şəlaləyə yıxıldı, 3-ü boğuldu

7 alpinist İranın Kohgiluyə və Buyir-Əhməd vilayətində Tənge-Tamoradi şəlaləsinə yıxılıb.

Bunu vilayətin Tibb Elmləri Universitetinin Fövqəladə hallar idarəsinin müdiri Cəlal Puranfərd deyib.

Hadisə nəticəsində 3 alpinist boğulub, 4-ü isə xilas ola bilib.

Alpinistlər İranın İsfahan vilayətindən olublar.