English (US) Русский Azəricə Türkçe
Avstraliya Hər şey daxil

Amerikalı turist vəhşi qəbilə tərəfindən öldürüldü – Fotolar

Qadağan olunmuş Şimali Sentinel adasını ziyarət edən 27 yaşlı amerikalı turist Con Allen Çou vəhşi qəbilə tərəfindən oxla qətlə yetirilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə Andaman və Nikobar adalarına səyahət edən gənc daha sonra Hindistandakı Şimali Sentinel adasındakı sivilizasiyadan kənar insanlarla ünsiyyət qurmağa çalışıb. Balıqçının köməyi ilə adaya yaxınlaşan Con sahilə çatarkən ondan ayrılıb və təkbaşına yoluna davam edib. Ancaq qəbilə üzvləri turisti oxla yaralayaraq daha sonra boynuna ip keçirib və saatlarla qumun üzərində sürüyüblər. Gördüklərindən şoka düşən balıqçı qaçıb. Conu daha sonra quma basdıran sentinellilər ona ölənədək işgəncə veriblər.

“Röyters”ə danışan Hindistanın Çennai şəhərindəki ABŞ konsulu cəsədin götürülməsi üçün müvafiq qurumlara müraciət etdiklərini bildirib. Polislərdən biri isə Conun daha əvvəl də adaya səfər etdiyini və qəbilə üzvləri ilə ünsiyyət qurmağa çalışdığını deyib.

Qeyd edək ki, Şimali Sentinel adasına giriş rəsmi şəkildə qadağan olunu. Adada yaşayanlar xarici dünyadan gələnləri qəbul etmir və onlara qarşı aqressiya nümayiş etdirirlər. Bu səbəbdən onları yaxından lentə almaq mümkün deyil və görüntülər yalnız uzaqdan çəkilib.