English (US) Русский Azəricə Türkçe
Antarktida Dünya

Antarktikada UNO qəzaya uğrayıb – VİDEO

Özlərini “yadplanetlilər ovçusu” adlandıran internet istifadəçiləri Antarktikada Google Earth proqramının köməyilə qəribə bir obyektə rast gəliblər.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər fotolarda Cənubi Georgiya adasında nəhəng naməlum obyektin qarda izlərini görüblər.

Onların fikrincə, bu izlər yalnız yadplanetlilərə məxsus ola bilər.

Digər istifadəçilər isə deyirlər ki, bu obyektdə qeyri-adi heç nə yoxdur:

“Araşdırma stansiyası yuxarıdan bütün adanı çəkməyimizi istədi. Bir fotoqraf kimi mən 100 faiz əminliklə deyə bilərəm ki, fotoda əks olunan, sadəcə, buzlaqdır. Bağışlayın”, – deyə Böyük Britaniyanın Kral Donanması ilə birlikdə adaya gələn Rain606 adı altında bir istifadəçi qeyd edib.

Cənubi Antarktikada yerləşən bu adada 20 insan yaşayır. Ərazi Böyük Britaniyaya məxsusdur.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *