English (US) Русский Azəricə Türkçe
Avstraliya

Avstraliyada turistlər kimsəsiz adada qalıblar

Dörd nəfər turistdən ibarət qrup avadanlığın yığıldığı hava doldurulmuş sal vasitəsilə Avstraliyanın Kvinslend ştatındakı kimsəsiz Qloster adasına üzüblər.

Ailetravel.net News.com.au saytına istinadla xəbər verir ki, salda deşik olduğuna görə o, tezliklə batıb.

Turistlərin köməyinə Qloster adasında rabitənin olması çatıb və onlar sosial şəbəkələr vasitəsilə köməyə ehtiyacları olduqlarını bildiriblər.

“Bu, yəqin ki, çoxlarına axmaqlıq kimi gələ bilər, lakin mən və üç dostum Erli-Biç şəhərinin yaxınlığında ilişib qalmışıq. Bizim səfər üçün nəzərdə tutulan avadanlığın toplandığı hava doldurulmuş salda deşik əmələ gəldiyinə görə o batıb. Əgər yaxınlıqda kimsə varsa, bizə kömək etsin. Biz ödəniş etməyə də hazırıq”, – deyə qrup üzvlərindən biri “Facebook” səhifəsində yazıb.

Səyyahlar ertəsi gün səhər xilasedicilər tərəfindən xilas ediliblər.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *