English (US) Русский Azəricə Türkçe
Canlı Aləm

Ayı ilə pələngin ölüm-dirim savaşı – VİDEO

Hindistanda safari zamanı ayı ilə pələngin savaşı lentə alınıb

Oxu.Az NDTV-yə istinadən xəbər verir ki, hadisə çərşənbə günü, Maxaraştra ştatında qeydə alınıb.

Naturalist Akşay Kumarın dediyinə görə, döyüşü Matkasur ləqəbli yeddi yaşlı pələng başlayıb. O, balaları ilə çeşmə başına gəlmiş ayıya hücum çəkib.

“Pələng beş dəqiqədən çox dişi ayıya hücum edirdi. Ayı balalarını qorumaq üçün onları təqib edən pələngin üzərinə atılmalı oldu”, – deyə o bildirib.

Döyüşdə yırtıcılar yaralansa da, hər ikisi sağ qalıb.