English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Azərbaycanda “Sərhədsiz teatr” Beynəlxalq Teatr Festivalı başlayıb-Teatr tamaşalarının proqramı

Mayın 12-dən Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” üçüncü Şəki Beynəlxalq Teatr Festivalı başlayıb

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, festival Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunacaq.

Respublikamızda artıq üçüncü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən festivalın təşkilat komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən – Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail, İtaliya, Mərakeş, Küveyt, Makedoniya və İrandan 60-dan çox təklif daxil olub.

“Sərhədsiz teatr” festivalında iştirak etmək istəyən kollektivlərin çoxluğunu nəzərə alaraq, festivalın iki istiqamətdə – milli və beynəlxalq mərhələdə keçirilməsinə qərar verilib. Milli teatr mərhələsinə respublika teatrlarının Sumqayıt, Xırdalan, Lənkəran, Mingəçevir, Xaçmaz, Yevlax, Ağdam, Bərdə, Ağstafa, Zaqatala, İsmayıllı, Göygöl bölgələrinə səfərləri daxil edilib.

Festivalın beynəlxalq mərhələsində Acto Teatro Columbiya Teatrının Q.Q.Markesin “Məsum Erendira”, Meksikanın La Kvinta Teatrının “Yeddi rəngin tanrısı”, İrandan Benderabbas Şəhər Teatrının V.Şekspirin “Maqbet” və Muğun-Hünər Teatrının M.Məhdəbinin “Canavar”, Gürcüstandan Muvement Teatrının V.Şekspirin “Fırtına”, Rusiyanın Kazan Müstəqil Teatrının “Əlif” və V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatrının uşaqlar üçün “Möcüzələr ölkəsində” tamaşaları ilə çıxışları planlaşdırılır.

Festival mayın 19-dək davam edəcək.

MİLLİ PROQRAM

12 may
Azərbaycan Dövlət Akademik Mİlli Dram Teatrı
Elçin “Cəhənnəm sakinləri”
(Sumqayıt Dövlət Dram teatrı, saat 18:00)
12 may
Gəncə Dövlət Dram Teatrı
C.Məmmədquluzadə “Dəli yığıncağı”
(Yevlax rayonu, Heydər Əliyev sarayı, saat 18:00)
12 may
Mingəçevir Dövlət Dram Teatrı
M.F.Axundzadə “Lənkəran xanın vəziri”
(Ağdam Dövlət Dram teatrı, saat 14:00)
13 May
İrəvan Dövlət Dram Teatrı
C.Cabbarlı “Vəfalı Səriyyə”
(Xırdalan şəhəri, Mədəniyyət Mərkəzi, saat 15:00)
14 May
Ağdam Dövlət Dram teatrı
S.İbrahimli “Sadığın toyu”
(Bərdə rayonu, Mədəniyyət Mərkəzi, saat 13:00)
15 May
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
T.Vəliyeva “Cəza”
(Lənkəran Dövlət Dram teatrı, saat 16:00)
15 May
Azərbaycan Dövlət Pantomima Teatrı
“Pantomim buketi”
(Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, saat 18:00)
15 May
Salyan Dövlət Kukla Teatrı
“Bostançı və Şah Abbas”
(xalq nağılı)
(Neftçala rayonu, Mədəniyyət Mərkəzi, saat 12:00)
15 May
Gəncə Dövlət Kukla Teatrı
Ü.Hacıbəyli “Məşədi İbad”
(Göygöl rayonu, Mədəniyyət Mərkəzi, saat 12:00)
15 May
Bakı Bələdiyyə Teatrı
R.Oğuztürk “Nargin faciəsi”
(N saylı hərbi hissə)
16 may
Azərbaycan Dövlət Musiqili Teatrı
İ.Sadıqov “Molla Nəsrəddinin beş arvadı”
(Sumqayıt Dövlət Dram Teatrı, saat 18:00)
16 May
Qazax Dövlət Dram Teatrı
Elçin “Cəhənnəm sakinləri”
(Ağstafa rayonu, Mədəniyyət Mərkəzi, saat 15:00)
16 May
Qusar Dövlət Ləzgi Dram Teatrı
Ə.Haqverdiyev “Pəri Cadu”
(Xaçmaz rayonu, Mədəniyyət Mərkəzi, saat 15:00)
17 May
Sumqayıt Dövlət Dram Teatrı
T.Özakman “Ocaq”
(Azərbaycan Dövlət Musiqili Teatrı, saat 19:00)
17 May
Azərbaycan Dövlət Rus Dram Teatrı
K.Haldoni “Xuliqan Todero”
(İsmayıllı rayonu, Mədəniyyət Mərkəzi, saat 15:00)
17 May
Qax Dövlət Kukla Teatrı
T.Kərim “Quyruğsuz ulağın sərgüzəştləri”
(Zaqatala rayonu, Mədəniyyət Mərkəzi, saat 12:00)
17 May
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
M.F.Axundzadə “Lənkəran xanın vəziri”
(Mingəçevir Dövlət Dram Teatrı, saat 18:00)
18 May
Azərbaycan Dövlət Kukla Teatrı
A.Şaiq “Tıq-tıq və Taq-taqın nağılı”
(Salyan Dövlət Kukla Teatrı, saat 12:00)
18 May
Azərbaycan Dövlət “Yuğ” Teatrı
P.Nurəliyeva “Sonuncu”
(Qusar Dövlət Ləzgi Dram Teatrı, saat 15:00)

BEYNƏLXALQ PROQRAM

12 May
“Titovak” Teatrı
(İran İslam Respublikası)
V.Şekspirin “Maqbet” faciəsi əsasında “Maqbet-Zar”
(Şəki Dövlət Dram Teatrı, saat 18:00)
13 May
Şuşa Dövlət Musiqili Dram Teatrı
M.F.Axundzadə “Müsyo Jordan və dərviş Məstəlişah”
(Şəki Dövlət Dram Teatrı, saat 18:00)
14 May
Şəki Dövlət Dram Teatrı
H.Sayın “Davul səsi”
(Şəki Dövlət Dram Teatrı, saat 18:00)
15 May
“Yaradıcı qrup”
Kazan Mədəni Təşəbbüslər Fondu (Rusiya)
“Əlif”
(Şəki Dövlət Dram Teatrı, saat 18:00)
15 May
Muğan-Hünər Teatrı
(İran İslam Respublikası)
M.Məhdəbi “Canavar”
(Lənkəran Dövlət Dram teatrı, saat 17:00)
16 May
Muvement Teatrı
(Gürcüstan)
V.Şekspir “Fırtına”
(Şəki Dövlət Dram Teatrı, saat 18:00)
17 May
La Kvinta Teatrı
(Meksika)
“Səyyahlar: 7 rəng tanrısı”
(Şəki şəhəri, saat 18:00)
18 May
V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatrı
(Rusiya)
V.Korostılyov “Möcüzələr ölkəsində”
(Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, saat 16:00)
19 May
Acto Teatro Columbiya
(Kolumbiya)
Q.Q.Markes “Məsum Erendira”
(Azərbaycan Dövlət Rus Dram Teatrı, saat 19:00)