English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Bakının ilk “Sleepbox”u… – VİDEOREPORTAJ, FOTOLAR

Artıq dünyanın bir çox ölkələrində “Sleepbox”, yəni “yuxu qutusu” mövcuddur. Bu cür qutular əsasən beynəlxlaq hava limanlarında, vağzallarda bəzən də böyük alış-veriş mərkəzlərində quraşdırılır.

Bəs, “Sleepbox” hansı xidmətləri təklif edir?

Qeyd edək ki, ilk dəfə bu cür “yuxu qutusu” 2011-ci ildə Moskvadakı hava limanında quraşdırılıb. Bu qutunu ilk görənlər otağın içərisini məşhur “Beşinci element” filmindəki otaqlara bənzədirdilər. Bu qutunun yaradılmasında məqsəd təyyarə gözləyən və yaxud uçuş saat dəyişdirilən sərnişinlərin rahat şəkildə istirahət edə bilməsidir.

Sərnişinlər bu qutularda rahat şəkildə müəyyən edilmiş saata qədər istirahət edə, kompyuter, televizordan istifadə edə bilir. Təkcə sərnişinlər deyil, bəzən turistlər də gecəni sərfəli, səliqəli, təhlükəsiz otaqda keçirmək üçün ondan istifadə etməyə çalışır. Xidmət üçün ödəniş istifadəyə görə dəyişir. Məsələn, əgər istifadəçi bir neçə saatlığa otağı kirayəyə götürərsə, hər saat başına düşən dəyər azaldılır. Otaqlarda günorta hava 24, axşam isə 22 dərəcə olur.

Bir sıra isti iqlimli ölkələrdə hətta liman və vağzallarda deyil, açıq məkanlarda da bu cür qutular fəaliyyət göstərir. Yaponiyadakı “Sleepbox”lar daha qeyri-adi və inanılmazdır. Bu qutular Yaponiyada “kapsula otaq” adlanır. Qutularda bir gecəlik qalmaq 20-40 dollara başa gəlir. Buradakı fərq qutularda ayrıca tualet və duş otağının olmasıdır.

Hətta ikiotaqlı qutular da var ki, bu da ailəvi qalmaq üçün nəzərdə tutulub. Şəxslər burada yata, kompüterdən istifadə edə, kitab oxuya bilərlər. Digər fərq isə qadın və kişi üçün ayrıca “kapsula otaq”ların olmasıdır. Hər qutunun üzərində yaşıl və ya qırımızı işıq olur. Yaşıl işıq – qutunun boş olduğunu, qırımızı işıq isə qutunun kirayələndiyini göstərir.

Sevindirici haldır ki, artıq Bakıda da “Sleepbox” mövcuddur. Belə ki, ötən ilin mart ayında Bakı Dəmiryolu Vağzalının gözləmə zalının ikinci mərtəbəsində bu qutudan yerləşdirilib. Həmin vaxt qurumdan mətbuata verilən məlumata görə şəxslər 1 saat üçün 10 manat ödəniş etməklə qutunun xidmətlərindən istifadə edə bilər. Hətta 1 ədəd olan “Sleepbox”dan istifadə artarsa, gələcəkdə sayının da artırılacağı deyilirdi.

Musavat.com-un əməkdaşı kimi biz də “Sleepbox”dan istifadə etmək qərarına gəldik. Əvvəlcə qurumun ikinci mərtəbəsinə qalxıb, qutudan necə və hansı şərtlərlə istfadə edə biləcəyimizi öyrənməyə, qeydiyyatdan keçməyə çalışdıq. Məlum oldu ki, “Sleepbox”dan istifadə üçün qeydiyyat prosesləri hələlik yekunlaşmayıb. Bu səbəbdən ondan istifadə də olmayıb.

Bakı Dəmiryol Vağzalının stansiya rəisi Nizaməddin Eminov məsələ ilə bağlı əməkdaşlarımıza açıqlama verib. Onun sözlərinə görə, istifadəyə verilməsə də “Sleepbox” tam hazır vəziyyətdədir: “Qutudan istifadə edilməsi ilə bağlı qiymət cədvəli müəyyən edildikdə sonra xidmətə başlaya biləcəyik. Bu vaxta qədər istər televiziya, istərsə də internet şəbəkəsi ilə bağlı müəyyən problemlər həll edilib, yekunlaşıb. Əsasən “Sleepbox”dan qatar gözləyən sərnişinlər, o cümlədən yaşlı insanlar, uşaqlı qadınlar istifadə edə biləcək”.

Stansiya rəisinin sözlərinə görə, “Sleepbox” rəsmi xidmətə buraxılmasa da ondan artıq istifadə edənlər olub: “Olub ki, gücə zamanında qatar gözləyən uşaqlı qadınlara bu otaqdan təmənnasız istifadə etmək təklifi etmişik”.

Nizaməddin Eminov onu da vurğuladı ki, yaxın günlərdə “yuxu qutusu “artıq xidmətə buraxılacaq və bu haqda ictimaiyyətə geniş məlumat veriləcək.

Gözləmə zalında olarkən sərnişinlərdən “sleepbox” haqqında soruşduq. Məlum oldu ki, “sleepbox” haqqında bilməyənlər qədər bilənlər də var, hətta onlardan bəziləri  xarici ölkələrdə olarkən bu cür qutuların xidmətindən yaralanıb.

Səməd Əlizadə adlı sərnişinin dedikləri: “Burdakı “Sleepbox” qatar gözləyən sərnişinlər üçün nəzərdə tutulub. Özüm 6 il əvvəl Almaniyada olarkən hava limanında olarkən, təxminən “Sleepbox”dan 3 dəfə istifadə etmişəm. Yəni, təyyarənin uçuş vaxtına çox qaldığı üçün müraciət etmişdim. Təxminən 2 saat üçün 20-22 avro ödəmişdim. Oradakı qutular təxminən Bakıdakı “Sleepbox”a bənzəyir. İki və bir nəfərlik qutulardır. Adətən bir nəfərlik qutular ana və uşaq üçün nəzərdə tutulub. Qeyd edim ki, Almaniyadakı bu “sleepbox”larda televizor yoxdur, yəni biz bu barədə onlardan üstünük”.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *