English (US) Русский Azəricə Türkçe
Avropa Hər şey daxil Maraqlı

Bu məşhurlar bir gecəsi 18 minlik tətilə çıxdılar – FOTO

Hakan Baş martın 23-də 28 yaşı tamam olan həyat yoldaşı Bensu Soralla tətil üçün hər kəsin xəyal etdiyi bir məkanı seçib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Hakan Bensunun doğum gününü qeyd etmək üçün onu Fransanın Kann şəhərinin dəbdəbəli otellərindən birinə götürüb.
Daha çox diqqət çəkən məqam otelin bir gecəyə təklif etdiyi qiymətlər olub.
“Inter Continental Carlton Cannes Hotel’ində bir gecəlik istirahət cütlüyə nə az, nə çox – 18 min TL-yə başa gəlib.
Hakan Baş sosial şəbəkədəki statusunda doğum günü münasibətilə həyat yoldaşına sevgisini belə çatdırıb:
“Yaxşı ki, doğulmusan, mənim olmusan, gözəl sevgilim”.
Hakanın doğum günündən paylaşdığı fotoları təqdim edirik: