English (US) Русский Azəricə Türkçe
Cənubi Amerika Maraqlı

Bu ölkədə ev puluna 1 fincan kofe alırlar

Venesuelada ötən qeydə alınan 2600% inflyasiyanın bu il 13 000%-ə çatmağı gözlənilir.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, sürətli qiymət artımı ilə mübarizə apara bilməyən ölkədə istifadəyə buraxılan pulun kağızı özündən daha dəyərlidir. 4 dollar qarşılığında bir torba pul alan venesuelalılar bu məbləğə sadəcə 1 fincan kofe əldə edə bilirlər. Bu qiymətə 15 il əvvəl paytaxtda 1 otaqlı ev almaq mümkün idi. Vətəndaşlar pulu qanuni sələmçilər vasitəsilə alırlar.
Hiperinflyasiyanın hökm sürdüyü ölkədə ötən aylarda hökümət 26 supermarketə bəzi ərzaqların qiymətini aşağı salmaq göstərişi vermiş, əhali mağazalara hücum çəkmişdi. Paytaxt Karakas və digər böyük şəhərlərdə marketlər uzun müddətdir təhlükəsizlik qüvvələri tərəfindən mühafizə olunur.
Ölkə prezidenti Nikolas Maduro çıxış yolunu kripto valyutada görür. Maduro ölkənin ilk kripto valyutası olan “Petro”dan milyonlarla dollar qazandıqlarını deyir.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *