English (US) Русский Azəricə Türkçe
Asiya Dünya

Bu şəhəri tərk edənlərə 26 min dollar vəd edilir

Yaponiya hökuməti paytaxt Tokionu tərk edənlərə 3 milyon yen (təxminən 26 min dollar) vəd edir.
Qaynarinfo xəbər verir ki, cəmi 2200 kvadrat km əraziyə sahib Tokioda 38 milyon insan yaşayır. Ölkə əhalisinin sayı azalsa da, paytaxtda yaşayanların sayı artmağa davam edir. Yaponiyada hər 3 nəfərdən 1-i Tokioda yaşayır. Hökumət digər şəhərlərdə say artımı və məşğulluq səviyyəsini yüksəltmək üçün paytaxtı tərk edənlərə 3 milyon yen pul vəd edir. Rəsmilər Senday və Sapporo şəhərlərinə köçməyi məsləhət görür.
“Bölgələrin yenilən canlandırılması” layihəsinə çərçivəsində şirkətlərə isə vergi endirimi təklif edilir.
Qeyd edək ki, 127 milyon əhaliyə sahib Yaponiyada 2065-ci ildə insan sayının 88 milyona enməsi gözlənilir.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *