English (US) Русский Azəricə Türkçe
Asiya Dünya

Bulanıq sulu Qanq yoxsullara pul qazandırır- VİDEO

Hindistanda bir qrup adam günlərinin 10-12 saatını Qanq çayında pul axtarmaqla keçirir və onların dediklərinə əsasən, bu onların yeganə gəlir mənbəyidir.

Musavat.com beynəlxalq media quruluşlarına istinadla xəbər verir ki, Hindistanın Allahabad şəhərində yaşayan əhali orada yerləşən Qanq çayına arzularının qəbul olması üçün qəpik pullar atırlar. Hinduizm mifologiyasına görə Qanq çayı cənnətdən endirilmiş çaydır və sidq ürəkdən bir şey arzulayıb buraya pul atıldığı təqdirdə arzular çin çıxırmış. Hindistanda əhalinin yarıdan çoxunun kasıb olduğunu nəzərə alsaq, yerli əhalinin bir qismi buraya atılan pulları özlərinin gəlir mənbəyinə çevirib.

Bu cür işlə günlərini keçirən Sani Kumar və onun dostları Hindu zəvvarlarının Qanqa çayına atdıqları dəmir pulları toplamaqla yaşadıqlarını etiraf edirlər.

Hələ 5 yaşında olarkən, atasının ona bu işi öyrətdiyini söyləyən Sani heç vaxt məktəbə getmədiyini və başqa dolanışıq yolu olduğunu bilmədiyini deyib.

Image result for qanq

Saninin dostaları bildirir ki, yaxşı gün olanda 500 rupidən (12 manat, 12 qəpik), 1000 rupiyə (24 manat, 25 qəpik) qədər pul toplaya bildikləri halda, çox zaman heç bir şey əldə edə bilmirlər.

“Bizi dəmir pulları tapıb çaydan çıxardığımıza görə insanlar acılayır. Biz də onlara pulu çaya atdıqdan sonra artıq bizim olduğunu söyləyirik”- deyə Kumar bildirir.

Hər şeyə rəğmən yaşamaq üçün çalışdıqlarını söyləyən dostlar bu işin o qədər də asan olmadığını bildirirlər. Qanq çayı həddən artıq çirkli olduğu üçün həm infeksiya mənbəyidir, həm də ki, insanlar oraya ülgüc və şüşə də atırlar. Bu səbəbdən dəfələrlə burada ölüm halları da baş verib.

“Biz oxuya bilməsək də, mən övladlarımın oxuması üçün əziyyətə qatlaşıram”- deyən Sani Kumar onlara ehtiyac yaranacağı təqdirdə özlərini xilas etmək üçün dalğıclığın sirlərini də öyrətdiyini bildirib.

Məleykə 
Musavat.com

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *