English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Bütün dünyanı bürüyən “Qara Cümə” aksiyası nədir? – TARİXİ FAKTLAR

Hər il ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur “Black Friday”, yəni “Qara Cümə” günü keçirilir. Bu gün bir sıra dükanlarda endirimlər olur. Bəs bu Qara Cümə nə deməkdir?

Ailetravel.net ölkə.az-a istinadən oxucularına endirimlər günü olan “Black Friday”in qısa tarixçəsini təqdim edir.

Qara Cümə ilin ən unudulmaz və parlaq cümə günü sayılır. Məhz bu gün böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Məhz bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimləri başlayır.

Endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. İri ticarət şəbəkələri Yeni il öncəsi böyük endirimlər edir, alıcıları stimullaşdırır və bonuslar, hədiyyələrlə mükafatlandırırdılar.

Bunun banisi də 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. Pensilvaniya ştatının Lankaster şəhərində kiçik dükanda satıcının köməkçisi işləyən qaradinməz oğlan qiymətləri aşağı sala bilmədiyi üçün əsəb keçirirdi. O dövrdə malların üzərində qiymət olmurdu və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə satıcı səfərdə olan Frenk bir fikrə gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına “Hər şey 5 sent” yazısını qoyur. Bu, ilk endirim idi!

Uğur qazandıqdan sonra Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurur.

1951-ci ildə isə “Factory Management and Maintenance” jurnalı maraqlı tendensiya qeydə aldı. Şükran Günündən sonra işçilər sağlamlıqlarına görə icazə alır, əslində isə özlərinə 4 günlük istirahət ayırırdılar. Bunun səbəbi də dükanları gəzib endirimlərdən faydalanmaq idi.

Amma məhz “Qara Cümə” termini ilk dəfə 1966-cı ildə Filadelfiyada ortaya çıxdı. Bu terminin yaranması ilə bağlı iki versiya var.

Birinci versiyaya əsasən, Şükran gününün ertəsi yollarda böyük tıxaclar yaranıb. Dükanlara axın zamanı əzilənlər olub. Bu səbəbdən bu gün Qara cümə adlandırılıb. İzdihamlara görə ölənlərin olduğu da deyilir. Məhz eyni gün Filadelfiya polisi qeyri-adi tıxaclara və izdihama görə bu günü “Black Friday” adlandırıb.

İkinci versiya müahsibatlıqla əlaqəlidir. Bu gün mühasibat hesabatları təqdim edilib. Şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstün olub.

Başqa bir iddia isə Black Friday günü dükanlar qapılarını gün çıxmadan əvvəl açmalarıdır.