English (US) Русский Azəricə Türkçe
Hər şey daxil Maraqlı Şimali Amerika

Çarın Alyaskanı ABŞ-a satmasından 150 il ötdü – Tarixi arayış/Foto

150 il öncə – 18 oktyabr 1867-ci ildə Novo-Arxangelsk (hazırkı Sitka) şəhərində Rusiya Amerikasının ABŞ-a satılması ilə bağlı təntənəli mərasim keçirilib.

Teleqraf.com-un məlumatına görə, həmin gün Rusiya İmperiyasının bayrağı endirilib və onun yerində yaylım atəşinin sədaları altında ABŞ bayrağı ucaldılıb.

ABŞ təkcə 1,52 milyon kv.km ərazini deyil, Rusiya-Amerika kompaniyasının bütün mülkiyyətinə də sahib çıxıb. Bundan başqa Rusiya Alyaska ərazisindən öz qoşunlarını çıxarmaqla bağlı öhdəlik götürüb. Kilsələr istisna olmaqla bütün hazır binaları və tikilməkdə olanları ABŞ-a təhvil verib.

Alqı-satqı müqaviləsi Rusiya nümayəndəsi, baron Eduard Stekllə ABŞ dövlət katibi Uilyam Syüard arasında 30 mart 1867-ci ildə Vaşinqonda imzalanıb. Müqaviləyə əsasən, Rusiya Alyaskanı 7,2 milyon dollara (11 milyon rubl) satıb. ABŞ bu pulu 10 ay ərzində ödəyib.

Bundan sonra Alyaskaya amerikalı missionerlərin, araşdırmaçıların əsgərlərin, inşaatçıların, o cümlədən qızıl axtaranların kütləvi köçü başlayıb.