English (US) Русский Azəricə Türkçe
Faydalı Maraqlı

Dəniz kənarında ən ucuz evlərin olduğu ölkələr – SİYAHI

Dəniz kənarında ən ucuz evlərin olduğu ölkələrin siyahısı açıqlanıb.

Domire Estate” daşınmaz əmlak agentliyinin tərtib etdiyi siyahıda Türkiyə də yer alıb.

Türkiyə ilə yanaşı dəniz kənarındakı ucuz daşınmaz əmlakla Bolqarıstan, Çernoqoriya, Yunanıstan və İspaniya kimi ölkələr öyünə bilər.

Reytinqdə birinci yerdə Bolqarıstandır. Bu ölkədə dəniz kənarındakı evlərin qiyməti 25 min avrodan başlayır.

İkinci yerdə qərarlaşan Türkiyədə bu cür evlərin ən ucuzu 40-45 min avroya satılır. Siyahıda üçüncü yeri Çernoqoriya tutur. Bu ölkədə dəniz kənarındakı evlərin qiyməti 50-60 avrodan başlayır.