English (US) Русский Azəricə Türkçe
Cənubi Amerika Maraqlı

Dəyirmi göldə dönən dəyirmi ada

Bu sirli dəyirmi ada Argentinanın – Buenos Ayres yaxınlığında axan Parana çayının bataqlıq deltasında yerləşir.

Gölün təsadüfən kəşf edilmişdir. Belə ki, bir film ekipajı kino çəkilişi üçün münasib yer axtarırmış. Parana çayının deltasında yerləşən göllərinin üzərində uçuş edən vertolyot pilotu çox qəribə bir göl aşkar edir. Onu, gölün mükəmməl dəyirmi formada olması və içərisində dəyirmi şəklində böyük bir adanın olması valeh edir.

 

İnsanlara bu tapıntı çox maraqlı gəlir və Google xəritələrindən istifadə edərək Argentinanın cənub hissəsini araşdırmağa başlayırlar və həqiqətən də qeyri-adi bir göl aşkar edirlər.

Gölün özü əlçatmaz bir ərazidə yerləşir. Bu səbəbdən də indiyədək heç kim gölün var olması barəsində heç nə bilmirdi.

Alimlər bu kəşflə maraqlanmağa başladılar. Planetimizin ətrafında bir çox süni peykin döndüyünə görə, gölün kosmosdan fərqli vaxtlarda çəkilmiş fotoşəkillərini əldə edə bildilər. Maraqlı bir detal ortaya çıxdı. Göl səthinin 4/5 hissəsini tutan böyük üzən ada hərəkət edirdi. Peyklər onu gölün müxtəlif hissələrində muxtəlif vaxtlarda qeydə almışdılar. Yəni, “Ada gölün ətrafında fırlanır”.

Ada ətrafındakı su aydın və soyuqdur. Daxili dairənin diametri 119 metrdir.

 

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *