English (US) Русский Azəricə Türkçe
Asiya Hər şey daxil Maraqlı

Dünyanın ən bahalı şəhəri sayılan Dubay haqda qeyri-adi FAKTLAR, FOTOLAR

Yaxın Şərqin ən isti, dünyanın isə ən bahalı şəhəri olan Dubay hər zaman yenilikləri ilə gündəmdə olur.

Gah şəhərin varlı və zəngin gənclərinin bahalı həyatı, lüks maşınları, gah da ucaldılan nəhəng göydələnlər diqqət mərkəzindədir.

Dubay haqqında söylənilənlərin və görüntülərin əslində, nə qədər doğru olub-olmadığını təqdim edəcəyik.

Dubayda milyarderlər çoxdurmu?

Bir çox insan dünyada milyarderlərin ən çox yaşadığı məkanın Dubay olduğunu zənn edir. Lakin bu, elə deyil. Dubayda sadəcə, 20-yə yaxın milyarder yaşayır. Milyarderlərin ən çox yaşadığı şəhər Pekindir, ikinci sırada isə Nyu-York qərarlaşıb.

Dubayda yoxsul insan varmı?

Hər kəs elə bilir ki, Dubayda yoxsul insan yoxdur. Dubaya işləmək üçün gələn miqrantları da nəzərə alsaq, burada yoxsul insanların sayı düşünüləndən daha çoxdur. Bir işçinin maaşı 250-300 dollar arasında dəyişir. Dubayda yaşayış da olduqca bahadır.

Картинки по запросу

Dubayda uşaq böyütmək neçəyə başa gəlir?

Dubaya köçən miqrantların əksəriyyəti övladlarını özü ilə gətirmir. Çünki Dubayda bir uşağı 11 il orta məktəbdə oxutmaq 100 min dollara başa gəlir. Universitet xərclərini isə artıq siz düşünün…

Bundan əlavə Dubayda yaşayıb, böyüyən uşaqların inkişafına ölkədəki hava şəraiti mane olur. Dubayda yaşayan insanlar günün çox zamanını məkandan asılı olmayaraq, kondisioner önündə keçirir.

Avtomatik qaralama

Dubayda spirtli içki almaq mümkündürmü?

Dubayda spirtli içkilər yalnız turistlər və müsəlman olmayan insanlar üçün satılır. Burada spirtli içki ala bilmək üçün turist vizasına və ya özəl bir karta ehtiyacınız var.

Картинки по запросу ресторан в дубае на высоте

Dubay polisi lüks maşınlardan istifadə edirmi?

Bütün dünya Dubay polisinin lüks maşınlar idarə etdiyini bilir. Bir çox insan Dubayda polis maşınlarının “Lamborghini” və “Bentley” olduğunu zənn edir. Lakin Dubayda polislər “Audi” və ya “BMW” markalı avtomobillərdən istifadə edirlər.

Avtomatik qaralama

Dubayda evdə bəbir saxlamaq neçəyə başa gəlir?

Dubayda varlı insanların evlərində vəhşi heyvanlar saxladığı doğrudur. Lakin Dubay qanunlarına görə, şəhərə bəbir və ya aslan ilə gəzməyə çıxan şəxs 6 aylıq həbsə məhkum edilir. Və ya o, 2700 dollardan başlayaraq, 138 min dollara qədər dəyişən məbləğdə pul cəriməsi ödəməlidir.

Avtomatik qaralama

Dubayda nə qədər xarici vətəndaş var?

Dubayda yaşayan insanların 25 faizi hindlilərdir. Hindlilərdən sonra Dubayda yaşayan vətəndaşlarının çoxluq təşkil etdiyi ölkələr Pakistan və Banqladeşdir. Bu insanlar xüsusilə inşaat və fabriklərdə işləyirlər. Dubay əhalisinin 91 faizi başqa ölkələrdən gələnlərdən ibarətdir. Yerli əhalinin sayı isə cəmi 9 faiz təşkil edir.

Avtomatik qaralama

Dubayın əsəs gəlir mənbəyi neftdirmi?

Dubayın əsas zənginlik qaynağının neft olduğu düşünülür. Lakin bu, belə deyil. Dubayda yaşayanlar daha çox mirvari satışı ilə məşğul olaraq, pul qazanırlar. Onlar bu mirvariləri Ərəb körfəzi kimi də tanınan Basra körfəzindən çıxarırlar.


Musavat.com

Avtomatik qaralama