Dünyanın ən bahalı və ucuz şəhərləri müəyyənləşdi

    0
    104
    Dünyanın ən bahalı və ucuz şəhərləri müəyyənləşib.
    Qaynarinfo xəbər verir ki, bu barədə “Economist Intellegince Unit” təşkilatı illik hesabatını yayımlayıb. Dünyadakı 133 şəhərdə gündəlik istifadə edilən qida, xidmət və s. şeylərin qiymətləri müqayisə edilib. Fransanın paytaxtı Paris Avropanın ən bahalı şəhərləri siyahısında liderlik edir. Paris 2003-cü ildən bəri bu sırada yer alıb. İlk onluğa düşən digər Avropa şəhərləri arasında Zürix, Ceneva, Kopenhagen də var. Sinqapur şəhəri isə dünya üzrə 1-cidir. Ən bahalı 10 şəhəri təqdim edirik:
    1. Sinqapur (Sinqapur)
    2. Paris (Fransa)
    3. Hon Konq (Çin)
    4. Zürix (İsveç)
    5. Ceneva (İsveç)
    6. Osaka (Yaponiya)
    7. Kopenhagen (Danimarka)
    8. Nyu York (ABŞ)
    9. Tel Əviv (İsrail)
    10. Los Anceles (ABŞ)
    Son bir il ərzində inflyasiya, valyutanın dəyərdən düşməsi Argentina, Braziliya, Türkiyə, Venesuelada həyat xərclərinin azalmasına səbəb olub və bu ölkə şəhərlərinin ucuzlaşmasına səbəb olub. Venesuelanın paytaxtı Karakas ən ucuz şəhərlər sırasında 1-cidir:
    1. Karakas (Venesuela)
    2. Dəməşq (Suriya)
    3. Daşkənd (Özbəkistan)
    4. Almatı (Qazaxıstan)
    5. Banqlor (Hindistan)
    6. Karaçi (Pakistan)
    7. Laqos (Nigeriya)
    8. Buenos Ayres (Argentina)
    9. Çennay (Hindistan)
    10. Yeni Delhi (Hindistan)