English (US) Русский Azəricə Türkçe
Dünya Maraqlı

Dünyanın ən hündür dağı Everest deyil

Son illərə qədər dünyanın ən hündür dağı Çin-Nepal sərhədində yerləşən və 8848 metr hündürlüyə malik Everest hesab olunub. Lakin bu heç də belə deyil.

Ailetravel.net xəbər verir ki, son araşdırmalara görə, Havay adalarında yerləşən Mauna Kea dünyanın ən yüksək dağı hesab olunur. Sakit okeanın dibindən yüksələn və vulkanik dağ olan Mauna Keanın okeanın üstündə qalan hissəsinin hündürlüyü 4207 metrdir. Okeanın dibindən etibarən hündürlüyü isə 10100 metrə bərabərdir.

Bir milyon yaşındakı Mauna Kea son olaraq 4600 il əvvəl aktiv vəziyyətə gəlib.