Dünyanın ən “pis” turistləri açıqlanıb

Təyyarə və qatar biletlərinin axtarışı və rezervasiyası ilə məşğul olan “Biletix” onlayn xidmətinin ekspertləri dünyanın ən “pis” turistlərini müəyyən edib.

Ailetravel.net  Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin kateqoriyaya Rusiya, Çin və ABŞ-dan olan turistlər daxildir.

Belə ki, rəy sorğusunda iştirak edənlərin 44%-i “Rusiyalı turistləri nəzakətli və tərbiyəli hesab edirsinizmi?” sualına “Yox”, 33%-i isə “Hə” cavabı verib. Maraqlıdır ki, Rusiya turistlərinə mənfi münasibət bəsləyənlər arasında Rusiya vətəndaşları az deyil. Rusların üzgüçülük hovuzuna yüyürərək hoppanmaları, dəniz qırağında çəkdikləri siqaretin qalıqlarını quma basdırmaları, çinli turistlərin isə ucadan danışaraq asta yerimək vərdişləri əcnəbilərdə daha çox narazılıq doğurub.

Dünyanın ən mədəni turistləri kimi isə Yaponiya, Almaniya, Fransa təmsilçilərinin adı çəkilib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17