English (US) Русский Azəricə Türkçe
Avropa Maraqlı

Dünyanın ən sağlam ölkəsinin adı açıqlanıb

İspaniya rəsmən dünyada ən sağlam ölkə adlandırılıb.

Ailetravel.net bildirir ki, bu barədə “The Local” bildirib.

“Bloomberg” tərəfindən təşkil edilmiş dünya ölkələrinin indeksinə əsasən İspaniya 2017-ci ildə qərarlaşdığı altıncı yerdən qalxaraq, 169 ölkə arasında birinci yeri tutub.

Qeyd edilir ki, reytinqin tərtib edilməsi vaxtı demoqrafik və ekoloji göstəricilər nəzərə alınıb.

İspaniya Avropa İttifaqı ölkələri arasında ən yüksək uzunömürlülüyə malikdir və ölkənin 2040-cı ildə bu göstərici üzrə Yaponiyanı ötəcəyi gözlənilir.

Bundan başqa, ölkənin Aralıq dənizi pəhrizi, zeytun yağı və fındığı da daxil olmaqla, ürək-damar xəstəliklərinin ciddi şəkildə azalmasına gətirib çıxardı.

Həmçinin İspaniyanın milli səhiyyə xidməti də ən yaxşılardan biri adlandırılıb.

Siyahıda ilk onluqda daha dörd Avropa ölkəsi qərarlaşıb: İslandiya (üçüncü), İsveçrə (beşinci), İsveç (altıncı) və Norveç (doqquzuncu).