English (US) Русский Azəricə Türkçe

Dünyanın qərib Azəri

Fərqli yerişi, şəhər uşaqlarına xas olan jestləri, baməzə atmacaları ilə daha möhtəşəm görünür. Zadəgan sayağı geyim tərzi, kübarlığı, yüksək zövqü isə buna bir az da rəng qatır. Səyahətlə bağlı verilişlərə tamaşa etməyi xoşladığım üçün demək olar ki, “YouTube”də olan bütün çəkilişləri izləmişəm. “Мир наизнанку”da Dmitriy Kamarovun məcara dolu səhnələri, “Клуб путешествий”də Mixail Kojuxovun təqdimatları, “Travel Channel”də Entoni Burdenin daha çox mətbəx mədəniyyətindən danışması yaddaşımda dərin iz buraxıbsa da, onun verilişlərinə tamaşa edəndə xüsusi zövq alıram. Çünki ərsəyə gətirdiyi “Oralar” heç də dünyada tanınan səyahət verilişlərindən geri qalmır. Səfərdə olduğu yerləri müxtəlif prizmalardan tamaşaçıya təqdim edir. Bu da həmin yer haqqında tamaşaçıya ətraflı məlumat verir…
Haqqında söhbət açdığım Azər Qəribov 1961-ci ildə Bakıda dünyaya gəlib. 1978-ci ildə 134 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1978-1983-cü illərdə indiki Bakı Dövlət Universitetinin tərcüməçilik fakultəsində ali təhsilə yiyələnib. AzRu.tv saytının yaradıcısı və rəhbəridir. İndiyədək ölkənin bir neçə telekanalında işləsə də son vaxtlar ATV kanalında “Oralar” verilişi ilə tamaşaçılarının görüşünə gəlir…
Deyir ki,- “Mamam içəri şəhərdə yaşayırdı, Neftçilər prospektindən daxil olanda soldaki tanınmış ikimərtəbəli evdə, indi altında restoran da var və papamla AZİ-də tanış olmuşdular, bir qrupda oxuyanda.
Bir birlərini sevdilər və papam deyir mamama ki, bəs elçilərim gələcək, mən dalana çıxan pencərənin altında duracam, əgər sizinkilər “həri”-ni verib şirin çay gətirsələr masaya, sən mənə dərhal işarə ver, nastolnı lampanı iki dəfə söndür-yandır. Yox əgər verməsələr, onda söndür və yandırma, bilim ki, həyatım zülmətə döndü. Uzun sözün qısası, elçilər gəlir, papam aşağıda həyacanla gözləyir, şirin çay verilir və mama sevincək qaçır otağına ki, şad xəbəri bölüşsün. Nastolnının knopkasını basır, işıq sönür və knopka ilişib qalır içində. Vaxsey, papam görür ki, işıq söndü yanmadı, ürəyini tutur, dərd alır onu, mama isə otağında lampa ilə vuruşur, o da dilxor, iki ürək çırpınır, şad xəbər papama yalnız elçilər çölə çıxandan sonra çatır”…
Çox məzəli insandır. Yumor hissi güclü, xaraktercə şən adam olduğundan bütün söhbətləri dodaq qaçırır, üzə təbəssüm gətirir. Bu onun həm də daxili dünyasının zənginliyindən xəbər verir. Nə isə, çox danışıb vaxtınızı almaq istəmirəm. Azər Qəribov sözün əsl mənasında istedadlı, bacarıqlı olmaqla yanaşı, özünü və ərsəyə gətirdiyi verilişi tamaşaçılara sevdirməyi bacarır. Nə yaxşı ki, Azərbaycanın televiziya məkanında belə kriativ aparıcılar vardır…
Mayın 22-də Azər Qəribovun 57 yaşı tamam olur. Fürsətdən istifadə edib onu öncədən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Necə deyərlər, sükanı belə saxla…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *