English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Fortepiano nədir?

Fortepiano simli-klavişli musiqi alətidir. Burada klavişlər müvafiq simə toxunanda kiçik çəkic hərəkətə gəlir.   Belə musiqi alətləri barədə ilk məlumat Qədim Yunanıstana aiddir.
XII əsrdə klavikord yarandı. Klavikord əvvəlcə  bir, daha sonra bir neçə klaviaturası olan taxta qutu idi.
Klavikordla eyni vaxtda klavesin meydana gəldi. Buradan səs zərblə çıxmırdı. Klavesin barmaqla çalınan musiqi aləti idi. Klaviş simə bağlı olan möhkəm dilləri hərəkətə gətirirdi. Klavesin klavikorddan fərqli olaraq  ev   musiqi aləti deyildi  və daha geniş yayılmışdı.  XVI-XVII əsrlərdə bir çox bəstəkarlar onun üçün pyeslər yazmışdılar. Amma klavesin qüsursuz deyildi və o dövrün ən bacarıqlı ustaları onu təkmilləşdirməyə çalışırdılar.
İrəliləyiş  1711-ci ildə əldə olundu.  İtaliyanın Paduye şəhərində klavesin ustası  Bartolomeo Kristofori tamamilə yeni musiqi aləti  ixtira etdi. Bu musiqi alətindən səs  başlıqlarına  möhkəm materialdan üzlük çəkilmiş kiçik taxta çəkiclərin köməyi  çıxırdı.  Artıq klavesinin  əsas qüsuru aradan qaldırılmışdı: ifaçı ucadan və astadan çala bilirdi. Buna görə də həmin musiqi alətinə fortepiano (forte – uca, piano –asta) adı verildi.
Fortepianoda çəkic üç simə birdən toxunur ki, bu da səsin daha dərin olmasına imkan verirdi. Buna baxmayaraq, ilk fortepianolar çox qüsurlu idi. Odur ki, klavesin hələ uzun müddət dəbdən düşmədi.
Fortepiano üçün  əvvəlcə sol pedal düşünüldü. Sol pedal çəkicləri yan tərəfə elə çəkirdi ki,  onlar simlərin hamısına deyil, ikisinə və ya birinə toxunurdu. Nəticədə tembr  – səsin tonu və gücü dəyişirdi.
Keçədən düzəldilmiş səsboğan  yastıqcıq  (dempfer) da fortepianonun mühüm detalı sayılır. Çəkic simlərə toxunanda o,  kənara sıçrayır.  Dempfer kənara sıçramasaydı, səs qısa və boğucu olardı. Səsboğan olmasaydı, musiqi yerinə uzun-uzadı uğultu eşidilərdi.
Klavişi buraxanda, səs kəsilir, amma çəkic yerinə qayıtdığı, dərhal simdən kənara sıçradığı üçün deyil. Sadəcə, səsboğan simə möhkəm sıxılaraq səsi boğur.
Tezliklə fortepianoya sağ pedal əlavə olundu. O,  səsboğanın yerinə qayıtmasına imkan vermirdi. Ona görə də səs çox uzanırdı. Nəticədə  fortepiano musiqisi yeni tonlar əldə etdi.
XIX əsrdə fortepianonun iki növü yarandı: üfüqi – qanad formasında korpusu olan royal və şaquli – pianino (italyancadan tərcümədə kiçik piano deməkdir). Royal konsert alətidir.  Səsi güclü olduğu üçün ondan böyük səhnələrdə istifadə olunur. Pianino isə  daha çox ev musiqi  alətidir.
Lakin ölçüsündən asılı olmayaraq fortepiano praktiki olaraq nəhayətsiz imkanlara malikdir.  Onun diapazonu az qala bütün  musiqi alətlərinin diapazonlarını əhatə edir.  Səsin gücü  yüngüldən güclü fortissmoyadək dəyişir.  Məhz buna görə  bütün böyük bəstəkarlar fortepiano üçün yazıblar. Ferens List  isə hətta orkestr üçün yazılmış bütün əsərləri, o cümlədən Bethovenin simfoniyalarını fortepianoya uyğunlaşdırmışdı.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *