English (US) Русский Azəricə Türkçe
Hər şey daxil Kateqoriyasız Maraqlı

Gəl ağrıma ,ay ürəyim!-Poeziya çələngi

Azərbaycan poeziya aləmində yeni imza,yeni ad -İlqar İmranoğlu

Ailetravel.net şair  İlqar İmranoğlunun  ədəbiyyatımıza yeni nəfəs gətirə biləcək  gözəl üslublu  şeirlərindən birini  oxuculara təqdim edir.

Gəl ağrıma ,ay ürəyim!

Yaş üstündə yaş olacaq,

Yaz… yay  ömrüm qış olacaq

Ömrüm yükə xış olacaq

Gəl ağrıma ,ay ürəyim!

Sən ağrıma, ay ürəyim!

 

Həyat gözəl yaşayana,

Qəlbdə sevgi yaşayana.

Yalvarıram acizyana

Gəl ağrıma ,ay ürəyim!

Sən ağrıma, ay ürəyim!

 

Karvan gedir sarvanı mən,

Yurda çatam karvanla mən.

Razılaşdım dövranla mən,

Gəl ağrıma ,ay ürəyim!

Sən ağrıma, ay ürəyim!

İlqar İmranoğlu