English (US) Русский Azəricə Türkçe
Hər şey daxil Maraqlı

“Happy Birthday To You” mahnısının tarixçəsi

Böyükdən kiçiyə yaxşı bildiyimiz dünyaca məşhur “Happy Birthday To You” mahnısı 125 il bundan əvvəl ərsəyə gəlib. Bu gün bütün ölkələrin sakinləri bir-birini məhz bu mahnını oxuyaraq təbrik edirlər. Mahnının tarixçəsi də çox maraqlıdır.

Bir versiyaya görə mahnı “Good Morning To All” (Hər kəsin sabahı xeyir) mahnısından ilhamlanaraq yaranıb.

10 dəqiqəlik meqahit 1893-cü ildə  Mildrid və Peti Hil bacıları tərəfindən yazılıbdır. Bəstəsi Mildridə, sözləri isə Petiyə aiddir. Daha doğrusu, onlar bu mahnını uşaq bağçasındakı uşaqları sevindirmək, onların əhval ruhiyyəsini yüksəltmək üçün ərsəyə gətirmişdilər. Mildrid bəstəkar idi və bacısının balaca şagirdlərini sevindirmək üçün onları hər səhər nəğməli şeir ilə salamlayırdı.

 

İlkin versiyada “Good Morning to You- Dear Children” (Sabahınız xeyir, əziz uşaqlar) kimi oxunurdu. Səhər salamlaşmasıyla mahnı ənənə halına çevrildi. Hətta bağçaya təzə gələn uşaqları Peti köhnə şagirdləri ilə birgə eyni melodiyanın sözlərini dəyişərək  “А Welcome to You” (Xoş gəldin) oxuyurdu. Daha sonra uşaqlardan birinin ad günündə mahnının sözlərini dəyişib “Happy Birthday To You” (Ad günün mübarək) kimi oxudular. Beləcə məşhur ad günü mahnısı ərsəyə gəldi. Tezliklə hər yerdə səslənməyə başladı: məktəblərdə, uşaq bağçalarında və olduqca hörmətli evlərdən mahnının səsi eşidilirdi. Nəinki balacaları hətta böyükləri də bu mahnı ilə təbrik etməyə başladılar.

1912-ci ildə, Happy Birthday To You, fortepiano üçün əsərlərin kolleksiyasına «The Beginners’ Book of Songs»-a daxil edildi.

 

Amerikalı Bəstəkarlar cəmiyyəti mahnını XX əsrin ən populyar mahnısı seçdi. “Apollon 9” kosmos gəmisinin missiyası zamanı məhz “Happy Birthday To You!” rəsmi olaraq ilk dəfə kosmosda ifa olundu.

 

«Happy Birthday to You!» ən məşhur ifaçılar, aktyorlar və musiqi qrupları tərəfindən səsləndirilib. Əfsanəvi versiya “The Beatles” qrupuna aiddir, ən yaddaşda qalan ifa isə aktrisa Merilin Monronun 1962-ci ilin may ayında prezident Kennedinin doğum günündəki ifası olmuşdu «Happy birthday, Mr. President!».

 

«Happy Birthday to You!» Ginnes Rekordlar Kitabına dünyanın ən tanınan mahnısı kimi düşüb.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *