English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Hop-hop quşu

Hop-hop kiçik, ala-bəzək, uzun və nazik dimdiyi olan, kəkili bəzən yelpik kimi açılan quşdur. O, Avropanın və Asiyanın cənub və mərkəzi hissələrində və demək olar ki, Afrikanın hər yerində yayılıb. Bu quşa meşələrdəki talalarda, çəmənliklərdə, düzənlərdə, üzüm bağlarında rast gəlmək olar.
Ehtiyatlı quş olsa da, qorxaq deyil. Adətən insanlardan uzaq gəzir. Vaxtının çox hissəsini yerdə keçirir və həşəratlarla qidalanır. Köçəri quşdur, Afrika və Hindistanda qışlayır.
Yuvasını əsasən ağacların koğuşunda, bəzi hallarda isə qayalıqlardakı oyuqlarda və digər gizli yerlərdə qurur. O, ən tez əhilləşən quşlardan biridir və təlimlərə asanlıqla alışır. Sahibinə möhkəm bağlanan bu quş hətta itdən belə sadiqdir. Çağıran kimi gəlir, yemi əldən alır və sahibinin arxasınca hara desən gedir.
Qədim yunanlar belə hesab edirdilər ki, Areslə Nimfanın oğlu frakiyalı çar öz arvadlarını öldürməyə cəhd edərkən hop-hop quşuna çevrilib. İslamı qəbul etməmişdən əvvəl çeçenlər və inquşlar onlarda bərəkət və bahar ilahəsi Tuşolini tərənnüm edən hop-hopu müqəddəs quş sayırdılar. Hop-hopu yalnız xüsusi dini mərasim məqsədi ilə kahinin icazəsi ilə öldürmək olardı. Onun həyətdə yuva qurması isə yaxşı əlamət sayılırdı.
İslamda bu quş Süleyman peyğəmbər ilə assosiasiya edilir. Bu ala-bəzək quşun surətini Qambiyanın 50 dalasilik əskinazında, həmçinin bir çox ölkənin poçt markalarında görmək olar.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *