English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Hər şey daxil Maraqlı

İlan özündən böyük ilanı uddu – VİDEO

Zəhərli kreyt ilanı özündən uzun və böyük yaşıl tənək ilanını udmuşdu.

O, sonradan şikarını qusub.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, olay Hindistanın Kerala ştatında, Kottiyaur qoruğunun yaxınlığındakı Nila kəndində, süd fermasında yaşanıb.

Fermadakı kəndlilər zəhərli kreyt ilanını görəndə polisə zəng vurublar. Polis də hadisə yerinə ilan tutan Sucit Vayanadı yollayıb.

“Nila kəndindəki süd fermasında çalışanlar çox qorxmuşdular. Onların dediklərinə görə, yaxında zəhərli ilan vardı. İlanı kolluqda gördüm. Oraqla kolun budaqlarını kəsdim və ilanı quyruğundan tutub çıxardım. İlanın bədəninin yoğunlaşdığını görəndə anladım ki, o, özündən böyük ilan udub”, – S.Vayanad söyləyib.

Kreyt ilanının uzunluğu 100 sm, onun udduğu ilanın uzunluğu isə 140 sm idi.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *