English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

İlqar İmranoğludan yeni şeir-Saraldı…soldu

Bir kimsə bilməz ağrıyan canı.

Can öz ağrısını özü tək bilər.

Nə fayda  … ömrünü vurdunsa başa.

Ötəri qırx günə dodaqlar gülər!!!

***

Bu dünya əzəldən belədən belə.

Hər işin   düşəcək   yoluna belə.

Qolların   qalxacaq  oyuna belə.

Şəklimdən gözlərin ayrılmasa da!!!

***

Heç   çəkilmədi  də  yuxun ərşədə.

Nə yaman yastığın yumşaq oldu

Heyf!!!  əkdiyimiz  küknar ağacı

Həmişə yaşıl…saraldı soldu!!!

İlqar İmranoğlu

Sumqayıt,2018