English (US) Русский Azəricə Türkçe
Hər şey daxil Maraqlı

İşə götürdüyü cazibədar moldel küçə satıcısını varlandırdı (FOTOLAR)

Tayvanda müflisləşmək üzrə olan küçə satıcısı maraqlı yola əl atıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bir günlüyünə ofisiant kimi model işə götürən şəxsin bu addımı satışların 4 dəfə artmasına səbəb olub.
“Little Peach” (Kiçik şaftalı) adı ilə tanınan, müştərilərə ət növləri satan modelin gözəlliyi, cazibədarlığı, gülərüzlülük və ünsiyyətcilliyi satışın artımının əsas səbəbləri hesab olunur. Bəzi şəxslər hətta Vivi ilə foto çəkdirmək istəyirlər.
Bildirilir ki, mağazaya satış məqsədilə Vivi modellik kariyerasını dayandıra bilər.