English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Faydalı Maraqlı

İşıq saçan göbələklər

Təbiətdə qaranlıqda yaşıl işıq saçan göbələklər var. Bu göbələklərin hələ ki 70 növü qeydə alınıb. Bəziləri gündüz, digərləri isə gecə işıq saçır. Bu növ göbələklər əsasən kiçik olur və tropik, subtropik ərazilərdə yetişir.

Bu göbələklərdən ən məşhuru Mycena Chlorophos ailəsinə aiddir. Parıldayan göbələklər əsasən Yaponiya və Şri Lankanın subtropik zonalarında yetişir. Lakin bu göbələk növü hələ yaxşı öyrənilməmişdir. Onun yeməli və ya zəhərli olması hələ müəyyən edilməmişdir. Lakin bu göbələk lüminessensiya (bioloji işıq saçma mexanizmi) qabiliyyətinə görə diqqət cəlb edir.

Mycena göbələkləri yağışlı mövsümdə yaşlı ağacların gövdəsində bitərək ətrafı işıqlandırırlar. Bu göbələyin işığının parlaqlığı o dərəcədədir ki, qaranlıqda bu işıq altında kitab belə oxuya bilərsiniz.

Bioloji işıq saçma mexanizmi bütün parlaq göbələklərdə hələ öyrənilməmişdir, lakin əksər hallarda izahı çox sadədir. Bu kimyəvi reaksiya məhz lüsiferin piqmenti və oksigeninin təsiri altında yaranır. Parıltı bu piqmentin oksidləşməsindən qaynaqlanır.