English (US) Русский Azəricə Türkçe

İslandiyada “Fil Qayası”

İslandiyanın Heymaey adasında “Fil Qayası” adlanan bir qaya var. Qaya təkcə Atlantik sularından çıxan fili xatırlatmır, eyni zamanda, bərk bazalt layları sayəsində, heyvanın qırışlı dərisini belə təqlid edir.

Heymaey adası vulkanik mənşəli adalar qrupu “Vestman” arxipelaqının ən böyük adasıdır. 1973-cü ildə Eldfetl vulkanının püskürməsi nəticəsində bütün əhali adanı tərk etdi. Dünyanın hər yerindən turistləri cəlb edən Fil Qayası vulkanik bazaltdan meydana gəlib.

Qədimdə yerli əhali qayanın vulkan püskürmə nəticəsində əmələ gəldiyinə inanmırdı. Onlar qayanın məhz milyon il bundan öncə daşlaşmış canlı fil olduğu fikrini irəli sürürdülər.

Təəccüblüdür ki, bu, fil qayasından başqa da İslandiyada başqa heyvanları xatırladan qayalar var. Hvitserkur adlı bir qaya da vardır ki, əyilib su içən qədim mamontu xatırladır.

 

About the author

Aile Travel

1 Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *