English (US) Русский Azəricə Türkçe

Luvr öz rekordunu yeniləyib

Tourists queue before the Pyramid of Louvre museum, Paris, France.

2018-ci ildə Parisin Luvr muzeyini 10 milyon nəfər ziyarət edib.

Bu haqda “Agence France-Presse” məlumat yayıb.

8,1 milyon nəfərin ziyarət etdiyi 2017-ci illə müqayisədə, artım 25 faiz təşkil edib.

Bu, təsviri incəsənət muzeyi üçün görünməmiş bir rəqəmdir və 2012-ci ildə qeydə alınmış 9,7 milyon nəfər ziyarətçidən ibarət rekordu üstələyən bir göstəricidir.

Muzeyin direktoru Jan-Lük Martinezin fikrincə, bu artımın səbəbi Parisdə əcnəbi turistlərin sayının artması və muzeyin tutum qabiliyyətinin artırılmasıdır.

“Biz yeni saxlama kamerası və yeni kassa yaratdıq ki, bunlar da tutum qabiliyyətinin yüksəlməsinə imkan verib”, – deyə J.Martinez izah edib.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *