Almaniyada dizel mühərrikli köhnə avtomobillərin hərəkətinin qadağan ediləcəyi növbəti şəhər Maynts ola bilər. Şəhərin inzibati məhkəməsi ekoloq fəalların iddiası əsasında müvafiq verdikt çıxarıb.

Ailetravel.net xəbər verir ki, federal kansler dəftərxanasının rəhbəri Helge Braunun sözlərinə görə, hökumət “Ətraf mühitin müxtəlif zərərli təsirlərdən qorunması haqqında” və “Yol hərəkəti haqqında” qanunlara düzəlişlər etməyə hazırlaşır. Təklif olunan dəyişikliklərə əsasən, bu cür qadağa yalnız havada azot-dioksid maddəsinin orta illik konsentrasiyası hər kubmetr üçün 50 mikroqramdan çox olan şəhərlərdə tətbiq edilə bilər. (Azərtac)