Mina Abbasova bu dəfə doğma Bakıda qızıl medala sahib oldu

Macarıstanda yaşayan balaca həmyerlimiz doğma vətənimizdə qələbə sevinci yaşadı. Belə ki, iyun ayının 12-dən 15-dək Bakıda keçirilən “Gymkids kuboku 2019” –Bədii   Gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatda 9 yaşlı Mina Abbasova fəxri kürsünün ən yüksən pilləsinə qalxıb.  Rusiya, Belorusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Dağıstan, Macarıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin iştirak etdiyi bu yarışda Macarıstanda yaşayan həmyerlimiz Mina Abbasova yenə də həmyaşıdları arasında fərqlənib. Müxtəlif yaş kateqoriyalarından olan 400-dən artıq idmançının qatıldığı turnirdə o, 2010-cu il təvəllüdlü gimnastlar arasında qızıl medala sahib olub.

Qeyd edək ki, sayca 34-cü medalını (12 qızıl, 19 gümüş, 3 bürünc) doğma Bakıda   qazanan Mina Abbasova müxtəlif uluslararası yarışların ən yüksək mükafatlarına layiq görülmüşdür. O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür və iştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.

Balaca gimnastımızın ən böyük arzusu ölkəmizi Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır! Uğurlar, Mina, arzularına çatasan!

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17