English (US) Русский Azəricə Türkçe
Hər şey daxil Maraqlı

Musiqili Teatrda ustad dərsləri-FOTOLAR

Fransada yaşayan məşhur həmyerlimiz – rejissor Emil Səlimov Musiqili Teatrda olub, teatrın rəhbərliyi və aktyor heyəti ilə görüşüb. Media nümayəndələrinin də böyük maraqla izlədiyi görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev əvvəlcə peşəkar rejissor məktəbinin layiqli nümayəndəsi – Emil Səlimov barədə geniş məlumat verib.

“Emil Səlimov dünya teatr məkanın da xüsusi çəkisi olan insandır. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının “Səhnə rejissorluğu” fakultəsinin məzunudur. Bir müddət öz ixtisası üzrə Rusiya da çalışsa da, sonralar Fransaya köçüb və artıq 35 ildir ki, vətəndən uzaqlarda yaşayır. E.Səlimov təkcə Fransada deyil, dünyanın müxtəlif ölkələrində teatr hərakatlarında hərəkət verici qüvvə kimi tanınır. Parisdə onun müəllifi olduğu “Emil Səlimov metodu” adlı teatr məktəbi fəaliyyət göstərir…” – deyərək Ə.Lalayev sözü və meydanı həmyerlimizə verib.

Uzun ayrılıqdan sonra doğma vətənin də olduğuna görə özünü xoşbəxt hiss etdiyini vurğulayan Emil Səlimov səmimi söhbətin ardınca teatrın bütün gənc aktyorlarını səhnəyə dəvət edib, onlara ustad dərsləri keçib və qısa vaxt ərzində qarşılıqlı olaraq gözəl nəticə əldə edib.

Dünyanın bir çox teatrlarında tamaşalara quruluş vermiş görkəmli rejissor Musiqili Teatrda keçdiyi ustad dərsindəgənc sənətçilərdətəkcə nitq vasitəsilə deyil, şüuraltı olaraq mimika, jestika, bədən dili ilə söhbətetmə vərdişlərini möhkələndirən, tamaşaçını inandırmaq bacarığını aşılayan məşğələlər aparıb.
Sonda Emil Səlimov gənc aktyorlardan razı qaldığını və onların hər birinin güclü yaradıcı potensialının olduğunu nəzərə çatdırıb, gələcəkdəMusiqili Teatrla sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

 

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *