English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Kateqoriyasız

Musiqili Teatrın əməkdaşı İspaniyada 1-ci yer tutub-FOTO

İspaniyanın Lloret de Mar şəhərində beynəlmiləl  mədəniyyət tədbirlərinin təşkilatçısı – “Fiestalonia Milenio” şirkəti tərəfindən “Mediterranean Legends” (Aralıq dənizi əfsanələri) adlı  beynəlxalq festival-müsabiqə keçirib.  Dünyanın 5 qitəsindən 50-dən artıq ölkənin istedadlı nümayəndələrinin qatıldığı, Aralıq Dənizi sahilində, açıq səma altında düzənlənən  bu yarışmada Azərbaycanı Musiqili Teatrın orkestr artisti, Respublika və beynəlxalq müsabiqələr lauteatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılov təmsil edib. Atabəy beynəlxalq tədbirin yeganə azərbaycanlı iştirakçısı olub. Avropada lider olan  “Fiestalonia Milenio” şirkətinin rəhbəri və təşkilatçısı David Çaparidze tərəfindən rəsmi  dəvət  olununan Atabəy İsmayılov  müsabiqədə ona verilən 10 dəqiqəlik zaman kəsiyində tarda milli muğamlarımızdan parçalar və  “Çahargah Rapsodiyası” (Həsən Rzayev) əsərini  ifa edib, “İnstrumental alətlərdə ifa” nominasiyasında IV kateqoriya (16-19 yaş) üzrə 1 – ci yerə layıq görülüb.

Qeyd edək ki, 5 müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara, violençel, kontrabassda mükəmməl ifa edən Azərbaycan Milli Konservatoriyasının 3-cu kurs tələbəsi hal-hazırda Musiqili Teatrda orkest  artisti və drijor assistenti kimi çalışır.

“Hər il təşkil olunan bu müsabiqələr dünyanın bir çox ölkələrində müxtəlif nominasiyalar və yaş qrupları üzrə keçirilsə də, hər birinin məqsədi eynidir – yeni yaradıcı qrupların üzə çıxarılması, müxtəlif ölkələrlə milli mədəniəlaqələrinin möhkəmləndirilməsi, təbliği və s…  Mən bir çox beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olsam da, budəfəki təəsüratlarım daha da genişdir. Namizədliyini irəli sürən digər dövlətlərin nümayəndələrindən fərqli olaraq tədbir təşkilatçısı David Çaparidzenin məni rəsmi şəkildə  dəvətetməsi, Azərbaycanın milli  musiqi aləti olan tara, muğam sənətimizə yaxından maraq göstərməsi məni hədsiz sevindirdi, üzərimə düşən  məsuliyyətimi bir az da artırdı.Onlar ifalarımı sosial şəbəkələrdə yayımlanan videolardan izlədikdən sonra məni dəvət ediblər. Fürsətdən istifadə edib, müsabiqədə iştirak etməyimə şərait yaradan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”-deyə Atabəy İsmayılov sevincini belə ifadə edib.

Ailetravel.net