English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil

Musiqili Teatrın yaradıcı gəncləri xarici qonaqları təəccübləndirdilər (FOTOLAR)

Ailetravel.net xəbər verir ki, “Four Seasons Hotel” də Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq,təbliğ etmək məqsədilə Rusiya Federasiyası, İngiltərə, Portuqaliya, İtaliya və dünyanın digər yerlərindən ölkəmizə gələn qonaqlar üçün yaddaqalan şou-proqram təqdim olunub.

Proqramda Azərbaycanın incəsənət nümayəndələrinin nümayiş etdirdiyi nömrələr sırasında Musiqili Teatrın əməkdaşı Zaur Əliyevin quruluşunda dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası da təqdim olunub.Əsərdə coşqun ruhlu baş qəhrəmanlar — Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbəti, Süleyman, Asya, Cahanxala, Soltanbəy, Telli, Vəlivə s. Kimi obrazların özünəməxsusluğu pantomim hərəkətlərlə göstərilib.

Musiqili klassik pantomim janrında ifa olunan bu sənhəcik aktyorların pantomim hərəkətləri, milli geyimlərinin rəngarəngliyi ilə xarici turistlərin diqqətini çəkib, xüsusi rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Tamaşanı Musiqili Teatrın gənc aktyorları – Əmrah Dadaşov, Ruslan Mursəlov, Nərmin Əliyeva, Fərid Muradoğlu, Pərvin Dadaşov, Eleanora Mehdiyeva, həmçinin,teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studuyasının gənc istedadları- Nadir Rzayev, Nigar Qarayusifli ifa ediblər.