English (US) Русский Azəricə Türkçe
Dünya Hər şey daxil Maraqlı

Netanyahunun kiçik oğlu səyahətə çıxır – 8 ay, 1,6 milyon dollar – Fotolar

Baş nazir böyük oğlu da striptizçi qadın axtarır

İsrailin baş naziri Benyamin Netanyahunun ailəsi ilə bağlı daha bir qalmaqal ortalığa çıxıb. Bu dəfəki qalmaqal Netanyahunun kiçik oğlu Avnerlə bağlıdır. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Avner Netanyahu 2017-ci ildə əsgərlik xidmətini başa vuraraq İsrail silahli qüvvələrindən tərxis olunub. Bundan sonra Avner Avstraliya və Yeni Zelandiyaya 8 aylıq səyahətə getmək qərarı verib.

Gənc Netanyahunun səyahət sevdası özü ilə bərabər təhlükəsizlik həyəcanına səbəb olub. Beləliklə, 24 yaşlı Avnerin bu həvəsi İsraildə böyük qalmaqalın deşifrə olmasına səbəb olub. İsrailin aparıcı xəbər saytı olan “The Israeli Walla” hökumətin Avnerin səyahəti üçün təxminən 1,6 milyon dollar ayırdığını iddia edib. İddialarda o da bildirilib ki, cangüdənlərin uzun müddət iki ölkədə qalmaq istəməyəcəkləri də nəzərə alınıb və bu işə yeni işçilər də əlavə olunacaq. Avnerin təhlükəsizliyini İsraildən və yaxud Avstraliyadakı İsrail səfirliyində çalışan şəxslər arasından seçilənlər qoruyacaq. Bütün təhülkəsizlik məsələləri, qida, sığorta və digər xərclərin hamısı İsrail hökuməti tərəfindən qarşılanacaq. İsrail mediasının yazdığına görə, Avnerin aylıq xərci 27 min dollara başa gələcək. Bu, İsrail tarixində ilk dəfədir ki, baş verir, yəni ilk dəfə olaraq baş nazir oğlunun səyahəti üçün bu qədər təhlükəsizlik xidməti, xərc təşkil edib.

Xatırladaq ki, Netanyahunun ailəsi ilə bağlı bundan əvvəl də qalmaqallar yaşanıb. Belə ki, Netanyahunun böyük oğlu, 27 yaşlı Yair bu yaxınlarda bir striptizçi kirayələmək üçün bir şəxslə görüşdüyü barədə məlumatlar yayılmışdı. Yair həmçinin “Facebook” üzərindən dünya gündəmində qalmaqala səbəb olan status paylaşmışdı:

“Yəhudilər, ya da müsəlmanlar Fələstin torpaqlarını tamamilə tərk etməsə, bu bölgədə heç zaman sülh olmayacaq. Mənim şəxsi fikrimə gəldikdə isə, ikincisini seçərdim”. Beləliklə, bölgəyə barışın gəlməsi üçün iki seçənəyin olduğunu bildirən Yair Netanyahu bu fikri ilə fələstinli müsəlmanları bu torpaqlarda istəmədiyini açıq şəkildə göstərmişdi.

Xalidə Gəray
Musavat.com