English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Maraqlı

Ömrünün son saatlarını yaşayan ağ ayı: Dünyanı şoka salan VİDEO

Fotoqraf Pol Niklenin yaydığı video internet istifadəçilərini dəhşətə gətirib.
Ailetravel.net Sputnik-ə istinadən xəbər verir ki, fotoqraf “İnstagram” hesabında aclıqdan ölən ağ ayının videosunu yerləşdirib.
Niklen yazıb ki, ölməkdə olan ayını çəkən zaman qrupun bütün üzvləri ağlayırmış: “Bu, insanı dəhşətə gətirən səhnədir. Bu səhnə hər yerdə məni izləyir. Amma laqeydlik divarını sınırmaq üçün mən bu videonu paylaşmalıyam”.
Fotoqraf “aclığın görüntülərini” də təsvir edib: “Əzələlər gücdən düşüb, enerji yoxdur. Bu, tədricən və çox ağrılı ölümdür”. O, əlavə edib ki, ağ ayılar insanların səbəb olduğu qlobal istiləşmə səbəbindən ölürlər və diqqəti buna yönəltməyə çalışır.
Kanadanın Baffinova Torpağı adasında çəkilən videoya milyondan çox adam baxıb. Aclıqdan güclə ayaq üstə dayanan ağ ayı hər yerdə yemək axtarır. Amma tapa bilməyərək, yerə yıxılır və bir daha qalxa bilmir…