Özü sən ki…

Please log in or register to like posts.
Xəbərlər

İlqar İmranoğlunun növbəti yeni şeirini oxuculara təqdim edirik:

Yandı bağrım səni görən,

Yar dilimin sözü sən ki…

Dil tutuldu göz qamaşdı,

Sən günəşin əksi sən ki…

***

Sat nazını… alım baha

Səni özüm … bilim daha

Ümidim çox sabaha,

Səhər  ayın təki sən ki…

***

Xal yaraşır al yanağa,

Arı qonar gül budağa

Çəkmə məni gəl sınağa,

Mən axtaran özü SƏN ki…

Reactions

0
0
0
0
0
0
Already reacted for this post.