English (US) Русский Azəricə Türkçe
Cənubi Amerika Maraqlı

Panama kanalı

Panama kanalı — Panamada, Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanaldır.

Panama Kanalının tikintisi, dənizçilik tarixində ən mühüm mərhələlərdən biri sayılır. İnşaatı ABŞ tərəfindən bitirilmiş Kanal ilk dəfə 1914-cü ilin avqustun 15-i fəaliyyətə başlamışdı.
Panama Kanalının tarixi 16-cu əsrə aiddir. İspaniyalı Vasko Nunyez de Balboa Panama yolunu keçərək Sakit okean sahillərinə keçmiş və bu mühüm “keçiş” müasir Panama ərazisinin məhz iki okean arasında bir  zolaq olması fikrini irəli sürmüşdür.

1879-cu ildə Panama Kanalı üzərində ilk inşaat işləri başladı. Layihənin meneceri fransiz Ferdinand de Lesseps idi. Ancaq Panama Kanalının qurulması çox çətin idi. 77 kilometr uzunluğu olan Kanalın inşaatı zamanı malyariya və vəba kimi ölümcül xəstəliklər və böyük torpaq sürüşmələri ilə qarşı-qarşıya gələn təxminən 27.500 işçi həyatını itirmişdir.

1903-cü ildə Birləşmiş Ştatlar Panama layihəsini Fransadan satın aldı. Panama Kanalının baş mühəndisi John Frank Stevens oldu. Nəhayət Panama Kanalı 1920-ci ildə açılmış və uzun illər ABŞ nəzarəti altında qalmışdır.

1977-ci ildə Panama Kanalının Amerika Birləşmiş Ştatından Panama dövlətinə tədricən keçirilməsi barədə razılaşma imzalandı. Lakin, bu proses iki onillikdən çox bir müddət uzandı və, nəhayət, kanalın tam Panama hökuməti tərəfindən idarə olunması 31 dekabr 1999-cu ildə baş tutmuşdur.

Açılışından 2002 ilədək, təxminən 800.000 gəminin keçdiyi təxmin edilən Panama Kanalından hər il 14.000-dən çox gəmi keçir. Daşınan yük miqdarı 203 milyon tondur. Kanal boyunca yolçuluq təxminən  9 saat sürür.

Panama Kanalı dünyanın mühəndislik nümunəsi sayılır və ən bahalı Kanaldır. Kanal, bölgənin ekonomik şəraitinə də müsbət təsir etmişdir. Panama Kanalı sayəsində Panama xalqının yaşayış şəraiti yüksəlmişdir.

Panama Kanalı dəniz səviyyəsindən 28 metr yüksəklikdə yerləşir.