English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Papirus

Papirus çox illik ot bitkisidir. Papirus sözünün mənası “pa-p-pur” – “çaydan”, bəzi alimlərin fikrincə isə “papoirro” – “hökümdara məxsus” deməkdir.

 

Şimali Afrika və Siciliya adasında çayqırağı və bataqlıq yerlərdə bitir. Hündürlüyü 3 metrə yaxındır. Onun yumşaq hissələrindən şirin şirə hazırlayırdılar. Gövdəsinin aşağı hissəsini qızardaraq qida kimi istifadə edirdilər.

 

Müasir “Papirus” – Misir sözüdür və bir çox xalqın dilində qalmaqda davam edir. Yunanlar, almanlar, polşalılar, belaruslar kağıza “papirro, papero” deyirlər. Papiros sözünün də məhz bu sözdən götürülməsi güman olunur.

 

Papirusun kökündən mis və dəmirin əridilməsində yanacağ kimi istifadə edirdilər. Papirusun qabığından sandal (başmaq), gövdəsinin liflərindən parça hazırlayırdılar və bu parça kətandan daha yaxşı hesab olunurdu. Onun gövdəsindən balıqçılıqda, ovçuluqda və hətta gəmilərin hazırlanmasında istifadə olunurdu.

Roma tarixçisi Plininin məlumatına görə, misirlilər bu bitkidən hazırlanmış gəmilərdə Seylon adasına qədər üzürdülər. Məşhur səyyah Tur Heyerdalın fikrincə, misirlilər bu gəmi ilə Atlantik okeanını keçirdilər. Bunu sübut etmək üçün Heyerdal papirusdan hazırlanmış “Ra” adlı qayıqda, Atlantik okeanını qət etmişdi.

Papirusdan kağızı əvəz edəcək material kimi də istifadə etmişdilər. Bunun üçün gövdənin özəyini götürüb nazik uzun hissələrə kəsib lövhə üzərinə düzür, üstünü Nilin lilli suyu ilə isladıb, üzərinə üfuqi şəkildə digər qatı düzürdülər. Su quruduqdan sonra yapışqan ilə hissələri bir-birinə yapışdırırdılar. Daha sonra onu yenə isladıb, çəkiclə döyür, hamarlaşdırmaq üçün isə fillərin ayağı altına ataraq presləyib qurudurdular.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *