English (US) Русский Azəricə Türkçe
Dünya Maraqlı

Pulsuz qatarlar, vizasız giriş – DÇ-2018-də azarkeşləri GÖZLƏYƏN SÜRPRİZ

Gələn Rusiyada keçiriləcək Dünya Çempionatı ərəfəsində azarkeş qrupları arasında turnir təşkil ediləcək.
Publika.az xəbər verir ki, bu barədə “Russia Unites” Rusiya Futbol tərəfdarları klubunun prezidenti Edvard Latipov məlumat verib:
“Moskva azarkeşlərə üstünlük yaratmağa çalışır. Rusiyadakı Dünya Çempionatı bənzərsiz bir turnir olacaq. Qatarlar pulsuz, giriş vizasız, ictimai nəqliyyat ödənişsiz olacaq. Bu, heç bir yerdə olmayıb. Turnir çərçivəsində 32 azarkeş qrupunu bir araya gətirəcəyik və bu futbol şənliyi olacaq. Yəni önəmli olan nəticə deyil, iştirak etmək olacaq”.