English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Qadın bədəni ilə bağlı bilmədiyimiz – 14 ilginc fakt

Qadın bədəni keçmişdən bu günədək öz sirrini qoruyub saxlaya bilib. Elmi araşdırmalar hələ də bir çox sirri aça bilməyib, demək olar ki, hər gün yeni-yeni ilginc məlumatlar ortaya çıxır.

Teleqraf.com qadın bədəni ilə bağlı 14 maraqlı məlumatı təqdim edir.

1. Qadınların ürəyi kişilərdən daha sürətli döyünür.

2. Qadınlarda maddələr mübadiləsi bədəndəki yağı kişilərlə müqayisədə daha zəif əridir. Orta hesabla gündəlik 50 kkal-a qədər fərq var.

3. Qadınların immunitet sistemi kişilərlə müqayisədə daha güclüdür.

4. Kişilərin saçlarının telləri qadınlarınkından 2 dəfə daha qalındır.

5. Qadınlar kişilərdən çox şirniyyat çeşidi yeyirlər.

6. Qadınların bədənində daha çox sinir telləri olduğu üçün ağrını kişilərdən daha çox hiss edirlər.

7. Rəngləri kişilərdən daha yaxşı seçirlər.

8. Kişilərdən daha çox göz qırpırlar.

9. Qadınların üz dərisi kişilərinkindən 10 dəfə daha həssasdır.

10. Bədənləri kişilərdən daha elastikdir.

11. Kişilərdən daha yaxşı səs eşitmək qabiliyyətləri var.

12. Hamiləlikləri ərzində qadınların 30 faizdən çoxu yeyilməyəcək şeyləri yemək istəyirlər (torpaq, dəmir və s.).

13. Qadınlar il ərzində 30-64 dəfə ağladıqları halda, kişilərdə bu rəqəm 6-17 arasında dəyişir.

14. İybilmə sistemləri kişilərlə müqayisədə daha çox inkişaf edib.