English (US) Русский Azəricə Türkçe
Faydalı Verilişlər

Qadın üçün ən təhlükəli 5 şəhər

“Thomson Reuters Foundation” xeyriyyə təşkilatı qadın üçün ən təhlükəli iri şəhərlərin adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, qara siyahıya Misirin paytaxtı Qahirə liderlik edir.

Qadın üçün təhlükəli şəhərlərin reytinqi ekspert sorğularına əsaslanır. Qiymətləndirmə üçün əsas meyarlar bunlardır: cinsi zorakılığın səviyyəsi, tibbi xidmətin əlçatanlığı, təhsilə çıxış da nəzərə alınmaqla iqtisadi imkanlar.

Sənəd hazırlanarkən meqapolislərdə müəyyən mədəni ənənələr, məsələn, qadının sünnət olunması və qızın zorla ərə verilməsi kimi adətlər də nəzərə alınıb.

Qadın üçün təhlükəli şəhərlər siyahısının ilk beşliyində Qahirənin ardınca Pakistanın Karaçi şəhəri, Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa, Hindistanın paytaxtı Dehli və Perunun paytaxtı Lima göstərilir.

Qadınlar üçün ən təhlükəsiz iri şəhər İngiltərənin paytaxtı Londondur. İkinci yerdə Yaponiyanın paytaxtı Tokio, üçüncü yerdə Fransa paytaxtı Paris gəlir.